Mətbəx sirləri: Qazmaqlı toyuq qızartması - FOTO

Mətbəx sirləri: Qazmaqlı toyuq qızartması - FOTO
07:05 16 Yanvar 2015
647 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az yeməli "qab"da toyuq qızartmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

4 toyuq budu (770 q)
1/4 limon
1 x.q. quru reyhan
6 diş sarımsaq
1-1,5 ç.x. iri duz
0.5 ç.q. istiot
4 x.q. zeytun yağı
 
xəmir (200 q): 

un
su
duz
zeytun yağı

Əvvəlcə toyuq üçün ədviyyat qarışığını hazırlayın: sarımsağı xırda doğrayıb quru reyhan, duz, istiot və yağla qarışdırın. Əgər həvəngdəstəniz varsa, onda əzin. 



Toyuq ətini yuyub, təmizləyib suyunun çəkilməsini gözləyin. Sonra hazırladığınız qarışığı üzərinə çəkin.



Göstərilən ərzaqdan xəmir yoğurun (hazır xəmir də istifadə edə bilərsiniz). Xəmiri nazik yayın, yağlanmış 22 sm diametrli teflon tavaya döşəyin (çəngəllə deşmək lazım deyil, qoy toyuğun şirəsi axıb qazmağın altında yanmasın).



Toyuq ətini xəmirin üstünə qoyun, aralarına limon dilimləri düzün.



Xəmirin kənarlarını azca qatlayın. Üzərinə yağ çəkin.


180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən zaman əmələ gələn şirəni qaşıqla götürüb ətin üzərinə gəzdirin.

Sobanı söndürüb toyuğu bir qədər də içində "dəmə" qoyun. Əgər sobanın "qril" funksiyası varsa, sonda bir neçə dəqiqəlik yandıra bilərsiniz.



Nuş olsun! 

Resept: vk.com/academy_main

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/319146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR