Parikinin altında kokain keçirmək istədi, tutuldu

Parikinin altında kokain keçirmək istədi, tutuldu
23:27 17 İyul 2019
Ölkə mətbuatı
A- A+

İspaniya Milli Polisi Barselona hava limanında parikinin altında 0,5 kiloqram kokain keçirmək istəyən 65 yaşlı Kolumbiya vətəndaşını saxlayıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti rəsmi Tvitter hesabında məlumat verib.

Belə ki, narkotik maddəni parikin içində gizlədən kişi böyük papaq geyinib. Sərnişinin qəribə zahiri görünüşü və pasport yoxlanışı zamanı özünü əsəbi aparması polisin diqqətini çəkib. Yoxlama zamanı kişinin üzərindən 30 min avro dəyərində olan 503 qram kokain aşkar edilərək götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/771581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR