“Facebook” bunu da etdi

“Facebook” bunu da etdi
07:31 16 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Qlobal internet şəbəkəsinin istifadəçilərinə onların "Facebook" şəbəkəsində "like"larını ləğv etməyə imkan verən "Facebook Unliker" proqramı təqdim edilib.

ANS PRESS-in məlumatına görə, "Unliker" ilk növbədə artist, musiqiçi, əlavə proqramlar və s. kontentə bir neçə il bundan əvvəl "like" işarəsi qoyan istifadəçilər üçün nəzərdə tutulub. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.

"Facebook Unliker"in səhifəsində login yaradan istifadəçi müxtəlif səhifələrdə qoyduğu "like" işarələrinin hamısını görə bilər və onların hansını saxlamaq istədiyini, hansını isə silmək istədiyini müəyyən edə bilər. Bununla istifadəçi operativ şəkildə səhifələrə, şəkillərə və statuslara qoyduğu "like"ları silə bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR