Ekspert: “Quzular satışa 7-8 aylıq olanda çıxarılmalıdır”

Ekspert: “Quzular satışa 7-8 aylıq olanda çıxarılmalıdır”
12:12 18 İyul 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi, Beyləqan, Bərdə bazarlarına hər həftə 10 mindən artıq qoyun çıxarılır. Bayram günlərində bu rəqəm 20 minə çatır”.
"Report" xəbər verir ki, bunu Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçi Mita Puncabi "Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə baxış" seminarında çıxışı zamanı bildirib.
“Bu bazarlara 3-4 aylıq quzular çıxarılır. Fermer heyvanı belə tez bazara çıxarmasını yem ala bilməməsi ilə əlaqələndirir. Normalda isə bu yaş 7-8 ay olmalıdır. Bu, məhsuldarlığa təsir edir. Bundan başqa, ölkədə 2 -3 min baytara ehtiyac var. Gəncədə olan Dövlət Aqrar Universitetinin texniki bazası çox gözəl və möhkəmdir ki, bunu da dəyərləndirmək lazımdır. Həmçinin, ölkədə qoyunçuluq üzrə dəyər zənciri yaradılmalıdır", - deyə M.Puncabi əlavə edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/ask/ekspert-quzular-satisa-7-8-ayliq-olanda-cixarilmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR