Ömrünü xalqına həsr edən Ümummilli Lider

17:13 10 May 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, Elvira Məmmədova, AZƏRTAC
Tarixi şəxsiyyətlər arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi yeri vardır.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Bakı şəhər sakini Qalib Həsənov AZƏRTAC-a müsahibəsində deyib.
Q.Həsənov vurğulayıb ki, ömrünü xalqına həsr edən ümummilli lider kimi Heydər Əliyev bütün istəklərinə nail olub. Onun istəkləri isə Azərbaycanı qüdrətli, dünyada sayılıb-seçilən bir dövlətə çevirmək idi. Hələ Sovet İttifaqı dövründə respublikaya rəhbərlik edən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycanı qabaqcıl sənaye ölkəsinə çevirmişdi. Dahi rəhbər Bakıda və respublikamızın rayonlarında yüzlərlə zavod və fabriklər tikdirir, gənclərin təhsilinə xüsusi diqqət yetirirdi. Bu gün Azərbaycan xalqı firavan yaşayışı üçün dahi şəxsiyyət Heydər Əliyevə borcludur. Müdrik xalqımız görkəmli dövlət xadimi Heydər Əliyevi hər zaman xatırlayacaq və onun ölməz irsini gələcək nəsillərə ötürəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Omrunu_xalqina_hesr_eden_Umummilli_Lider-853969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR