Ekspert: “Fermerlər qarpızı tez yetişdirməyə və əlverişli qiymətə satmağa çalışır”

Ekspert: “Fermerlər qarpızı tez yetişdirməyə və əlverişli qiymətə satmağa çalışır”
15:22 18 İyul 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qarpızdan zəhərlənmə halları fermerlərin məhsula daha çox gübrə verməsi ilə bağlıdır”.
"Report" xəbər verir ki, bunu aqrar sahə üzrə ekspert Nicat Nəsirli Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin aqro ekoturizm layihəsi ilə bağlı Şəkiyə təşkil etdiyi infotur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Fermerlər məlumatsızlıqdan normadan çox gübrəni məhsula verərək onun tez yetişdirməyə və əlverişli qiymətə satmağa çalışır. Bu zaman nitrat tərkibli gübrələrdən istifadə edilir ki, onlar da sonradan mədə-bağırsaq sistemində pozğunluğa səbəb olur. Qarpız daha çox aprel ayında əkilir və iyunun əvvəlində bazara çıxarılır. Hər bir fermer gübrənin normasına nəzarət etməlidir”, - o qeyd edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/ask/ekspert-fermerler-qarpizi-tez-yetisdirmeye-ve-elverisli-qiymete-satmaga-calisir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR