Kremldə Merkellə Putin görüşdü

Kremldə Merkellə Putin görüşdü
17:31 10 May 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada səfərdə olan Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasənda görüş keçirilib.

ANS PRESS-in məlumatına görə, Merkellə Putin görüşdən əvvəl Kremldə naməlum əsgərin məzari üstə əklil qoyublar. Daha sonra rəsmilər II dünya müharibəsində həlak olanları bir dəqiqəlik sükutla yad ediblər.

Merkelin Rusiya səfəri bir gün davam edəcək. Görüşdə əsasən Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlər, o cümlədən Minsk danışıqları müzakirə olunduğu xəbər verilib. .

Qələbə günü münasibətilə Moskvaya 20-dən çox ölkənin başçısı gəlib. Bu ölkələr əsasən MDB ölkələri, o cümlədən Asiya, Afrika və Latın Amerikası ölkələridir. Əksər dünya liderləri Ukraynanın şərqindəki münaqişədə Rusiyanın roluna görə tədbirə qatılmaqdan imtina ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=343593

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR