ADNSU-da Milli Mətbuat Günü qeyd olunub

ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
17:17 18 İyul 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Mətbuat Günü qeyd olunub. 
"Report" xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. 
Rektor media nümayəndələrini universitetdə görməkdən məmnun olduğunu bildirib.
ADNSU-da görülən işlərdən, elm və təhsildə həyata keçirilən islahatlardan, həmçinin qazanılan nailiyyətlərdən və gerçəkləşdirilən layihələrdən söz açan M.Babanlı görülən bütün bu işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu qeyd edib. 
Ali təhsil müəssisəsində yaradılan şəffaf tədris mühiti barədə danışan rektor bu istiqamətdə aparılan işlərdə medianın hər zaman onlara dəstək olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən media nümayəndələri universitetdə görülən işlər və aparılan islahatların təhsil müəssisəsinin keçmiş nüfuzunu bərpa etdiyini və cəmiyyətdə olduqca müsbət imicinin formalaşdırdığını qeyd ediblər. 
Media nümayəndələri ADNSU-nun fəaliyyətinin cəmiyyətə çatdırılmasında hər zaman yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıb və universitetlə media arasındakı əlaqələrin əhəmiyyətindən danışıblar.




Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adnsu-da-milli-metbuat-gunu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR