Ən cazibədar müştəriyə pulsuz yemək verilir

Ən cazibədar müştəriyə pulsuz yemək verilir
08:21 16 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Çində restoranlardan birində "ən yaraşıqlı müştəriyə" pulsuz yemək verilir.

ANS PRESS-in məlumatına görə, Çinin Çjençjou şəhərindəki Korea milli mətbəxi restoranına baş çəkən müştərilər arasında ən yaraşıqlı tanınan şəxsdən yemək hesabı alınmır. Bu barədə BBC Monitorinq Xidməti xəbər verir.

Məlumata əsasən restorana daxil olarkən müştərilərin fotoşəkilləri çəkilir. Hərçənd ki, kimin ən yaraşıqlı olduğunu iaşə obyektinin işçiləri seçmirlər.

Ən cazibədar 5 şəxsi fotolara nəzər salan plastik əməliyyat xəstəxanasının mütəxəssisləri müəyyən edirlər.

2014-cü ildə Çinin cənubundakı daha bir restoran çəkisi artıq olan kişi müştərilərinə endirimlər təsis etmişdi. Qadınlara isə həmin endirimlər onların arıq olduğu təqdirdə təklif edilirdi.

Xəbər Çin sosial mediasında müzakirə olunur. "Belə bir ideya müştərilərin şəxsi ləyaqətinə zərbədir", - Weibo sosial şəbəkəsinin istifadəçilərindən biri yazıb.
Başqa bir istifadəçi belə bir fikirlə bölüşür: "Bu restoran tezliklə bağlansa mən razı qalaram".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR