Şüşədə okeana atılmış məktub 50 il sonra tapıldı

Şüşədə okeana atılmış məktub 50 il sonra tapıldı
18:57 18 İyul 2019
Ölkə mətbuatı
A- A+

Avstraliyada 50 il bundan qabaq okeana atılmış məktub tapılıb.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, məktubun qoyulduğu şüşə butulka Eyr yarımadası sahillərində kənara çıxıb.

Atası ilə birlikdə balıq ovuna çıxmış doqquz yaşlı Cia Elliot məktubu oxumaq üçün şüşəni qırmalı olub. Keçmiş zamandan gələn məktubda isə belə yazılıb: "Mənim adım Pol Gilmordur. 13 yaşım var. İngiltərədən Avstraliyanın Melburn şəhərinə yola düşmüşük".

Bəlli olub ki, məktub 1969-cu ildə İngiltərədən Avstraliyaya miqrant daşıyan bir gəmidə olan uşaq tərəfindən göndərilib.

Artıq Elliot ailəsi hazırda 63 yaşında olması ehtimal edilən məktubun sahibini axtarmağa başlayıb.

Bunun üçün onlar jurnalistlərin və sosial şəbəkələrin köməyindən yararlanırlar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/771881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR