Bakıda kişi küçədə qadına təcavüz etdi - FOTO

Bakıda kişi küçədə qadına təcavüz etdi - FOTO
19:12 18 İyul 2019
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binə qəsəbəsində yoldan keçən naməlum şəxs tanımadığı qadına qarşı nalayiq hərəkət edib.

Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Milli.Az bildirir ki, hadisə ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülər barədə müvafiq araşdırma aparılır:

"Video barədə məlumatlıyıq. Bununla bağlı araşdırma aparılır. Görüntülərlə bağlı ilkin olaraq Xəzər rayon Polis İdarəsinə hər hansı müraciət daxil olmayıb. Lakin buna baxmayaraq, sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma aparılır. Nəticəsi bəlli olandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/771927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR