Biləcəridə yük qatarında yanğın başlayıb

Biləcəridə yük qatarında yanğın başlayıb
19:32 18 İyul 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Biləcəri qəsəbəsində yük qatarının vaqonunda yanğın başlayıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bileceride-yuk-qatarinda-yangin-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR