“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova
19:42 18 İyul 2019
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Lalə Dadaşova xalq artistləri Aygün KazımovaBrilliant Dadaşova arasında yaşanan qalmaqala münasibət bildirib.

Milli.Az bildirir ki, L.Dadaşova Ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu məsələdən xəbəri yoxdur.

"Yox, xəbərim yoxdur. Heç xəbərim olmağını da istəmirəm. Brillianta sataşan insanlarla nə münasibətim var, nə də elə insanları tanımaq istəyirəm".
Əməkdaşımızın "Hər iki sənətçimizi sülhə dəvət etmək istərdinizmi?" sualına Lalə Dadaşova belə cavab verib:

"Bu insanlar sülhə gəlir ki?! Onlar Brilliantın yaxasından nə istəyirlər, mən də bilmirəm. Amma Brilliantın yerinə də danışmaq istəmirəm.  Ümumiyyətlə, mən özümə söz vermişəm ki, heç bir yerdə Brilliant haqqında açıqlama verməyəcəm. O, özü ağıllı, tədbirli insandır. Lazım olan adamın  cavabını necə lazımdır verməyi bacırır. Bir böyük bacısı kimi mən Briliantı hər yerdə müdafiə etməyə həmişə hazıram, amma, Briliantla Aygünün, Briliantla Faiqin arasında... Briliant onlardan o qədər yüksəkdə dayanır ki, heç mən onlar haqqında danışmağı lazım bilmirəm".

Qeyd edək ki, B. Dadaşovanın mərhum Xalq artisti Mirzə Babayevin ad günündə paylaşdığı videoya yazdığı sözlər qalmaqala səbəb olmuşdu.

O, "16 İyul Mirzə dayımızın dünyaya gəldiyi gündür. Yaxşı ki, O, bu günlərdə Estradanın nə günə qoyulduğunu,  səhnələri sərxoş halda çıxıb yıxılanları görmədi". 

Sosial şəbəkələrdə müzakirələrdə isə xalq artistinin bu sözləri Aygün Kazımova haqqında dediyi iddia olunurdu. 

Kazımova isə öz növbəsində paylaşımında Dadaşovaya cavab vermişdi.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/771923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR