Habbl sabitinin yeni ölçmələri yalnız sirri gücləndirir

Habbl sabitinin yeni ölçmələri yalnız sirri gücləndirir
20:22 18 İyul 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Astronomlar, əvvəlki ölçmələrdə tətbiq olunmayan tam fərqli ulduz siniflərindən istifadə edərək, Kainatın genişlənmə sürətinin yeni ölçməsini aparıblar.

Trend-in məlumatına görə, Habbl (Hubble) kosmik teleskopu vasitəsi ilə alınan bu yeni verilənlər, fundamental qiymət üçün əvvəlki ölçmələrdən təyin olunan qiymətdən fərqli nəticə verir. Bu isə Kainatın fundamental xassələrinin yeni təfsirlərinə gətirə bilər.

Kainatın genişlənməsi, daha doğrusu hər saniyədə qalaktikalar arasındakı məsafənin artması tədqiqatçılara, təxminən 100 ildir ki, məlumdur. Lakin Kainatın genişlənmə sürətini müəyyən edən Habbl sabitinin qiyməti isə indiyədək dəqiq təyin olunmayıb.

Hazirda Habbl sabitinin təyini üçün iki əsas üsul vardır. Üsullardan biri Sefeid adlanan dəyişən ulduzların parlaqlığının ölçülməsinə əsaslanır və bu üsul Habbl sabiti üçün 74 (km/san) Mpk qiymətini verir. İkinci üsul isə relikt şüalanma adlanan Kainatın antik şüalanma parametrlərinə əsasən modelin qurulmasından irəli gələn üsuldur ki, bu halda sabit üçün 67,4 (km/san) Mpk alınır. Bu iki üsulla aparılan hesablamaların yoxlanması və dəqiqləşdirilməsi, alınan nəticələrin üsullar arasında əlaqələndirilməsinə imkan verməyib.

Qrupun hesablamalarına görə, bizim qalaktikanın kənarlarında Kainatın genişlənmə sürəti 70 (km/san) Mpk-dən azca kiçik olmaqla əvvəl alınan qiymətlərin heç biri ilə üst-üstə düşmür. Tədqiqatın müəllifləri izah edir ki, bu qiymət Avropanın Plank (Plank) peykinin köməyi ilə relikt şüalanmanın parametrlərinə əsasən alınan qiymətə yaxındır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/interestingly/3092054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR