Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir
20:32 18 İyul 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400 sistemləri almasına görə F-35 layihəsindən çıxarılması üçün prosesin başlandığını açıqlayıb. Pentaqonun açıqlamasında yer alan bir məqam diqqət çəkib. Açıqlamada Türkiyənin proqramdan çıxarılması ilə ABŞ-ın da milyonlarla dollar zərər görəcəyi qeyd olunub.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə türk mediası Türkiyənin proqramdan çıxarılmasının ABŞ-a 500-600 milyon dollar zərər vuracağını yazıb.

"Türkiyə bu qərarına görə iş imkanlarını və iqtisadi fürsətləri itirəcək. F-35 proqramı ilə bağlı 9 milyard dollarlıq bir itki olacaq. Türkiyə NATO-nun yaxın müttəfiqi olmağa davam edir və hərbi əməkdaşlığımız güclüdür. Türkiyə ilə çoxşaxəli əməkdaşlığımız F-35 ortaqlığının da sərhədlərini aşır. Türkiyənin proqramdan çıxarılması 500-600 milyon dollara başa gələcək. Hazırda Türkiyənin proqramdan çıxarılması ilə meydana gələcək detal əskikliyini doldurmağa köklənmişik", - ABŞ-dan bildirilib.

"Yeni Akıt"ın məlumatına görə, Türkiyədə F-35 proqramı çərçivəsində 937 adda detal istehsal olunur. Bu detallar Türkiyənin qabaqcıl təyyarə, kosmik və müdafiə sənaye obyektlərində istehsal edilir.

"Bu detallar hər nə qədər xaricdən təmin edilə bilsə də, Türkiyə bu bazarda tək və lider mövqedədir", - nəşr yazıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/771893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR