Ukraynada səfərbərlik

Ukraynada səfərbərlik
08:36 16 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna hökuməti ölkənin şərqində ruspərəst üsyançıların törətdikləri zorakılıqlarla əlaqədar hərbi səfərbərlik elan edib.

ANS PRESS-in məlumatına görə, ötən gün üsyançılar Donetsk hava limanını yenidən ələ keçiriblər. Əməliyyatlar zamanı 2 ukraynalı əsgər öldürülüb, 4 nəfər isə, yaralanıb.

Ölkə hərbisi ehtiyatda olan 100 minə yaxın zabiti cəbhə bölgəsinə cəlb etməyə hazırlaşır.

Rusiya hökuməti isə, Donbas regionuna 8 500 əsgər toplayıb. Ölkənin milli təhlükəsizlik və müdafiə şurasının baş katibi Aleksandr Turçinov parlamentdə çıxışı zamanı bu barədə açıqlama verib. Onun sözlərinə görə, üsyançılar son bir neçə gündə hökumət qüvvələrinin mövqelərini 129 dəfə atəşə tutublar.

3 gün əvvəl Volnovaxa şəhərində avtobusa edilən hücum zamanı 13 mülki vətəndaş ölmüşdü.

Hökumət hücuma görə, üsyançıları ittiham edib.

Faktla bağlı ATƏT rəsmilərinin də iştirakı ilə istintaq əməliyyatları aparılır. Hökumət ötən gün ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Ukraynada münaqişələr başlayandan indiyə qədər 4700-dən çox insan öldürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR