Azərbaycan Ulu Öndərin görmək istədiyi zirvələrə doğru inamla irəliləyir

Azərbaycan Ulu Öndərin görmək istədiyi zirvələrə doğru inamla irəliləyir
18:08 10 May 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, Ceyhun Rüstəmov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin adı müstəqil Azərbaycanın xilaskarı kimi tarixə qızıl hərflərlə yazılıb.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş paytaxt sakini Məsumə Abdullayeva AZƏRTAC-a müsahibəsində deyib.
Övladları ilə ziyarətə gələn M.Abdullayeva bildirib ki, Heydər Əliyev irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev qətiyyəti və yenilməz siyasi iradəsi ilə Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə doğru inamla aparır. Bu gün ölkəmizin hər bir bölgəsi gündən-günə inkişaf edir. Ölkəmizə beynəlxalq aləmdə hörmətlə yanaşılır. Respublikamız regionun lider dövlətinə çevrilib. Azərbaycan hər gün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Yaxın günlərdə birinci Avropa Oyunlarına start veriləcək. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Ulu_Onderin_gormek_istediyi_zirvelere_dogru_inamla_irelileyir-853986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR