Balası ölən ata Bakının məşhur klinikasını daşladı

Balası ölən ata Bakının məşhur klinikasını daşladı
08:47 16 Yanvar 2015
118 Sosial
Ölkə mətbuatı
A- A+

İnsanların emosiyalarına hakim kəsilə bilməməsi bəzən ağır cinayətlərə yol açır. Bakının ən məşhur klinikalarından birində ata həkimlərə qarşı hirsini qəribə formada göstərib. Hamilə xanımını Leyla Şıxlinskaya klinikasında yerləşdirən kişi aldığı xəbəri eşidib aləmi qatıb.

Xəstəxanadakı şahidlərin Milli.Az-a verdiyi məlumata görə, cavan xanım uşaq doğuşu üçün əməliyyata götürülüb. Körpə isə ölü doğulub. Övladının ölməsinə əsəbləşən ata klinikanı daşa tutub. O, daşla klinikanın şüşələrini sındırıb.

Məsələ ilə bağlı klinikadan ətraflı məlumat əldə etmək mümkün olmayıb.

Ceyhun Ələkbərov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR