Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib

Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib
16:17 19 İyul 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif edilib. 
"Report" xəbər verir ki, mükafat ali təhsil ocağının rəhbərinə Milli Mətbuat Günü ilə əlaqədar universitetdə təşkil olunan mərasimdə təqdim olunub.
Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin birinci katibi Rövşən Cəfərov medala layiq görülməsi münasibəti ilə Xalq yazıçısı Kamal Abdullanı təbrik edib. O deyib ki, Azərbaycanın və dilimizin dünyada tanıdılmasında akademik Kamal Abdullanın böyük rolu var.
Əlamətdar yubiley medalına layiq görülməsi münasibəti ilə fikirlərini bölüşən rektor Xarici İşlər naziri Elmar Məmmədyarov və Nazirliyin kollektivinə təşəkkürünü bildirib. 
O deyib ki, “Azərbaycan diplomatik xidmət orqanları – 100” yubiley medalı ilə təltif olunmasının onun üçün xüsusi əhəmiyyəti var.




Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/kamal-abdulla-azerbaycan-diplomatik-xidmet-orqanlari-100-medali-i

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR