“Kahveci” 10 illik yubileyini jurnalistlərlə birgə keçirdi - FOTOLAR

“Kahveci” 10 illik yubileyini jurnalistlərlə birgə keçirdi - FOTOLAR
17:33 19 İyul 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın inşaat materialları sektorunun brend markalarından olan “Kahveci” Milli Mətbuat Günü münasibətilə Kütləvi İnformasiya Vasitələri nümayəndələrini təbrik edib.

Publika.az xəbər verir ki, “Kahveci” satış mağazası həmçinin, 10 illik yubileyini jurnalistlərlə birgə keçirib.

Tədbirdə millət vəkilləri, KİV nümayəndələri və incəsənət xadimləri iştirak edib.

Milli Məclisin İnsan hüquqları, Elm və Təhsil Komitəsinin üzvü Jalə Əliyeva qonaqları salamlayaraq bildirib ki, Azərbaycan mediası ölkənin ictimai-siyasi problemlərində, eləcə də, digər məsələlərdə, ölkənin imicinin yaxşılaşdırılmasında, beynəlxalq diqqətin cəmlənməsində güclü rola malikdir: “Bu baxımdan jurnalistlərə göstərilən diqqət və qayğı əslində bütün ictimai, iqtisadi, siyasi fəalların vəzifə borcudur. Media bütün cəmiyyətin maariflənməsindən, informasiya əldə etməsindən məsuliyyət daşıyır. Buna görə də media nümayəndələrinin həyatının, iş şəratinin yaxşılaşdırılması və onların işinə verilən dəyərin artırılması xüsusi önəm daşıyır. Btün KİV nümayəndələrini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm”.

Milli Məclisin deputatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu isə təbrik çıxışında qeyd edib ki, jurnalist hər bir cəmiyyətin lokomotividir, onu istiqamətləndirəndir: “Sevinirəm ki, Azərbaycanda mətbuata dövlət qayğısı ilə bərabər, Azərbaycanın müxtəlif strukturları da mətbuatımıza diqqət göstərirlər. Bir biznes şirkətinin Azərbaycan mediasına diqqət göstərməsi də mühüm hadisədir. Çünki biz informasiya cəmiyyətində yaşayırıq. Bu gün sosial şəbəkələr, sosial media anlayışı var. İnternet resursları anlayışı var. Bütün bunların virtual məkanı təşkil etməsinə baxmayaraq, jurnalist real ictimai münasibətlərin keyfiyyətini təyin edir, müəyyənləşdirir. Azərbaycan Prezidenti deyir ki, bizim informasiya təhlükəsizliyimiz milli təhlükəsizliyimizin əsas komponentlərindəndir. Ona görə də bizim informasiya platformamıza ölkənin digər strukturlarının münasibəti yaxşı olsa, bir o qədər sağlam cəmiyyət formalaşar. Media və onun informasiyası obyektiv olmalıdır. Müasir dövrdə bunu təmin etmək çətin məsələdir. Bu çətinliyin öhdəsindən gələ bilən hər bir KİV əməkdaşını peşə günü münasibətilə təbrik edirəm. Jurnalistikaya hörmət bizim ənənələrimizə sadiqliyimizdir. Milli mətbuatımıza sadiqliyimizdir. 144 il öncə başlayan milli mübarizə hərəkatımıza sadiqliyimizdir. Ulu öndər Heydər Əliyev demişdi ki, hər bir peşənin vahid iş yeri və iş saatı var. Lakin jurnalistika elə bir peşədir ki, onun nə konkret iş yeri və saatı yoxdur. Biz 24 saat hər yerdə işləyirik”.

Tədbiri “Kahveci” brendinin sahibi Aida Kahveci jurnalistlərə təbriki və təşəkkürü ilə yekunlaşdırıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/285112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR