“Ana quzusu” İŞİD-çi çıxdı (FOTO)

“Ana quzusu” İŞİD-çi çıxdı (FOTO)
08:51 16 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqtonda ABŞ konqresi binasına silahlı hücum təşkil etmək istədiyi iddiası ilə ABŞ Federal Təhqiqat Bürosunun (FTB – ing. “FBI”) əməkdaşları tərəfindən ötən gün saxlanılan şəxsin İŞİD-ə olan heyranlığı üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, Ohayoda yaşayan 20 yaşlı Kristofer Li Kornell adlı gənc bu vaxtadək “tvitter” mikro-bloqunda İŞİD-i müdafiə edən video və açıqlamalar yaymaqda imiş.

“Raheel Mahrus Ubaydah” ləqəbi ilə tanınan İŞİD dəstəkçisi bir müddətdən sonra FTB-nin diqqətini çəkib və izlənməyə başlanılıb.

O, Konqres binasına daxil olaraq əldəqayırma qurğunu işə salmaq və konqresmenlərə atəş açmaq fikrində olub.

FTB-nin onun evində apardığı axtarışlarda şəxsi kompüterindən bombanın necə hazırlanacağı barədə məlumatlar olduğunu aşkar ediblər.

Xatırladaq ki, Kornell ötən gün avtomat silah və 600-ə qədər avtomat gülləsi alarkən FTB tərəfindən yaxalanmışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR