Saat 18 radələrində Şəmkir rayonunun Keçili kəndində ağır yol nıəqliyyat hadisəsi baş verib.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini Faiq Alıyev sərxoş halda sürdüyü VAZ 21011 markalı avtomobilin idarəetməsini itirərək onu Şəmkir çayı üzərindəki körpüdən dərəyə aşırıb. Qəza nəticəsində sürücü və onun sərnişini - Akif Rzayev ağır bədən xəsarətləri alblar.
Yaralıları çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə qrupu cəlb edilib. Hər iki yaralı 23 metr dərinlikdən çıxarılaraq Şəmkir Mərkəzi Rayon Xəstxanasına çatdırılıb.
Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Milli.Az