Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər

Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər
23:47 19 İyul 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Yodun orqanizmdə çatışmazlığı sinir və hormonal sisteminə, insanın psixikasına çox ciddi ziyan vurur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Azərbaycanın bir çox rayonlarında (xüsusilə dağ rayonlarında) yod çatışmazlığı müşahidə olunur. Bu səbəbdən mütəxəssislər qidalanmada yodlaşdırılmış duzdan istifadə etməyi tövsiyə edirlər.

Lakin nəzərə almaq lazımdır ki, bəzi insanlara yodlaşdırılmış duz ziyan vura bilər. Tanınmış Rusiyalı həkim-diyetoloq Yelena Solomatina medikforum-a bildirib ki, bəzi qalxanvari vəzi xəstəlikləri (el arasında - "zob xəstəlikləri") zamanı yodlaşdırılmış duz insanın sağlamlığına ciddi ziyan vura, vəziyyətini daha da ağırlaşdıra bilər.

Bu səbəbdən qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər yodlaşdırılmış duzun qəbulu ilə bağlı endokrinoloqla məsləhətləşməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/772030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR