Siyasi və iqtisadi sahələrdə yeni uğurlar Heydər Əliyev kursunun və ideyalarının davam etdirilməsi sayəsində əldə olunub

Siyasi və iqtisadi sahələrdə yeni uğurlar Heydər Əliyev kursunun və ideyalarının davam etdirilməsi sayəsində əldə olunub
19:53 10 May 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da - müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümündə minlərlə insan Ulu Öndərin xatirəsini anmaq üçün Fəxri xiyabana axışıb.
Bakılılarla bərabər, respublikamızın müxtəlif güşələrindən vətəndaşlar da Ümummilli Liderin məzarı önünə gül dəstələri qoymağa gəliblər. Qubalı Xəzri Ələsgərov Ulu Öndərin xatirəsini ananlar arasındadır.
O, Ulu Öndərin Azərbaycanın ən müasir tarixinə, habelə Azərbaycan xalqının firavanlığına və çiçəklənməsinə sanballı töhfəsini vurğulayaraq deyib ki, Heydər Əliyevin hakimiyyəti illərində müstəqil dövlətimizin təməli qoyulub və möhkəmləndirilib, ölkə yeni inkişaf yoluna qədəm qoyub. X.Ələsgərov hesab edir ki, Azərbaycan sürətlə irəliləyir, siyasi və iqtisadi sahələrdə yeni-yeni nailiyyətlərə imza atır. Bütün bunlar Heydər Əliyevin kursunun və ideyalarının respublikamızın indiki rəhbərliyi tərəfindən davam etdirilməsi sayəsində mümkün olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Siyasi_ve_iqtisadi_sahelerde_yeni_ugurlar_Heyder_Aliyev_kursunun_ve_ideyalarinin_davam_etdirilmesi_sayesinde_elde_olunub-854007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR