İranda zəlzələ olub

İranda zəlzələ olub
09:18 16 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir Təmkin Cəfərov /

İranın İlam əyalətinin Murmuri şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 05:15 radələrində baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, 2014-cü ilin avqust ayında İranın qərbindəki İlam əyalətinin Murmuri şəhərində 6,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 260 nəfər xəsarət almışdı ki, onlardan 13 nəfərinin vəziyyəti ağır qiymətləndirilirdi. Məlumata əsasən, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2353863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR