Ən hündür göydələnlərin memarı vəfat etdi

Dünyaca məşhur memar Sezar Pelli 92 yaşında vəfat edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Argentina Prezidenti Maurisiyo makri sosial media hesabından etdiyi paylaşımda bildirib:

"Məharətli memar Sezar Pellinin ailəsinə və dostlarına başsağlığı diləyirəm. Dünyaya miras olaraq buraxdığı əsaslər argentinalılar üçün qürur qaynağıdır".

Başqa ABŞ olmaqla, dünyanın bir çox yerində şöbəsi olan "Pelli-Clarke-Pelli" memarlıq şirkətinin qurucusu olan Pelli 1998-2006-cı illərdə dünyanın ən yüksək göydələni olan Kuala Lumpurdakı Petronas qüllələrini, Nyu-Yorkdakı "Dünya Biznes Mərkəzi"ni və Honq-Konqdakı "Beynəlxalq Biznes Mərkəzi"ni ərsəyə gətirib.

Memar ABŞ-ın ən məşhur təhsil ocaqlarından olan Yale Universiteti Memarlıq fakültəsində dekanlıq edirdi. O, Amerika Memarlıq İnsititutu Qızın Medal mükafatı qazanmışdı.
Argentinanın Tukuman əyalətində 1926-cı ildə anadan olan Pelli Tucuman Universitetində təhsil aldıqdan sonra 1952-ci ildə ABŞ-a köçmüşdü.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR