Qətərin “The Peninsula” qəzetində Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dair geniş məqalə dərc olunub

Qətərin “The Peninsula” qəzetində Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dair geniş məqalə dərc olunub
20:18 10 May 2015
40 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC
Qətərin ingilis dilli əsas mətbu orqanı sayılan və gündəlik nəşr olunan “The Peninsula” qəzetində Bakıda keçiriləcək birinci Avropa Oyunlarına dair geniş məqalə dərc olunub.
Bu barədə Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a məlumat verilib.
Məqalədə qətərli jurnalist tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları zamanı Bakının dünya idmanının paytaxtına çevriləcəyini bildirib. Yazıda Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ildə bu möhtəşəm idman bayramının keçirilmə haqqının Azərbaycana verildiyi, bu ölkə vətəndaşlarının ürəyinin idmanla döyündüyü qeyd olunub. Bildirilib ki, bu, dünyaya Azərbaycanın nəyə qadir olduğunu göstərmək üçün yaxşı imkandır. Yazıda ölkəmizdə keçirilməsi artıq qərarlaşdırılmış “Formula 1 Avropa Qran-pri” yarışlarının, “İslam Həmrəyliyi Oyunları - 2017” və futbol üzrə Avropa çempionatının dörd oyunun da yüksək səviyyədə təşkil ediləcəyinə də əminlik ifadə olunur.
“The Peninsula” qəzetinin jurnalisti məqaləsində yarışların keçirilməsi üçün 18 idman obyektinin hazır olduğunu vurğulayıb. O, Milli Gimnastika Arenasının, Veloparkın, Bakı Atıcılıq Mərkəzinın, Bakı Su İdman Sarayının və Milli Olimpiya Stadionun məhz bu Oyunlar üçün tikilməsinin yuxarıda qeyd edilənlərə əyani sübut olduğunu bildirib. İdmanın 20 növü üzrə yarışlarda altı mindən çox Avropa idmançısının iştirak edəcəyini bildirən müəllif bu yarışların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunları üçün atletlərə lisenziya qazandırma imkanı baxımından da əhəmiyyətli olduğunu xatırladılıb.
Sonda Bakının bu idman bayramı ilə Avropanın yeni idman mərkəzi kimi imic qazanacağına əminlik ifadə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeterin_The_Peninsula_qezetinde_Bakida_kechirilecek_birinci_Avropa_Oyunlarina_dair_genis_meqale_derc_olunub-854011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR