Milyonların sevimlisi son mənzilə yola salınıb - FOTO

Milyonların sevimlisi son mənzilə yola salınıb - FOTO
20:22 10 May 2015
205 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur türkiyəli film və teatr aktyoru Zeki Alasya son mənzilə yola salınıb.

Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən məlumatına görə, mərhumla vida mərasimi Levent Məscidində təşkil edilib. Mərasimə Zeki Alasyanın xanımı Jülide Atak, qızı Zeynep Alasya ve eks-həyat yoldaşı Oya Mella da qatılıblar.

Tanınmış aktyorla vidalaşmaq üçün siyasətçilər Kamal Kılıçdaroğlu və onun köməkçiləri Akif Hamzaçebi Sezgin Tanrıkulu da gəliblər.

Aktyorun sənət dostları və müğənnilər də uşaqlıq qəhrəmanlarını göz yaşları içində yola salıblar. Onların içində Kadir İnanır, Tarık Akan, Melek Baykal, Edip Akbayram, Orhan Gencebay, Metin Akpınar, Müjdat Gezen, Nuri Alço, Yonca Evcimik, Halit Kıvanç, Alişan, Çağla Şıkel, Kubat, Zafer Ergin, Şevket Çoruh, Özgür Ozan ve Nevra Serezli və başqaları olub.

Alasyanın tabutuna daha öncə geyindiyi “Fenerbahçe” forması sərilib. O, “Zincirlikuyu” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Zeki Alasya qaraciyərindəki xəstəlik səbəbilə uzun müddətdir müalicə aldığı xəstəxanada vəfat edib.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/339653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR