İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış - FOTO

İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış - FOTO
12:32 20 İyul 2019
113 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb. 

Rayon sakini, 1992-ci il təvəllüdlü Sədail Ramazan oğlu Şükürlü yaşadığı evin həyətindəki qarajda özünü kəndirlə asaraq intihar edib. Onun cansız bədənini anası aşkarlayıb.

İlkin məlumata görə, S. Şükürlü son zamanlar psixoloji problemlər yaşayırmış. 

O, üç ay əvvəl qardaşı tərəfindən bıçaqlanıb. Hazırda qardaşı həbsdədir. Bir övladı olan S.Şükürlünün tez-tez ailədaxili problemləri olduğu deyilir.

Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/772326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR