Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir

Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir
20:38 10 May 2015
160 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, Ülviyyə Məmmədli, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında xüsusi xidmətləri vardır.
Bu sözləri mayın 10-da Ümummilli Liderin 92 illik yubileyi münasibətilə Fəxri xiyabana gələn Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Amil Cavadov AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb ki, gənclər siyasəti Heydər Əliyevin fəaliyyətində əsas yerlərdən birini tuturdu. Gənclərin inkişafı Ulu Öndərin ən çox diqqət yetirdiyi sahələrdən idi. Qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı gənclərimiz üçün əsl nümunədir. Heydər Əliyev kimi dahi insanın həyat yolu və dövlətçilik fəaliyyəti əslində böyük həyat məktəbidir.
A. Cavadov qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev tarix yaradan şəxsiyyət idi. Onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın müstəqilliyi dönməz və əbədi xarakter alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyevin_heyati_genclerimiz_uchun_esl_numunedir-854015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR