Dünyanın ən zənginlərinin yeni reytinqi - Ələkbərov siyahıda - FOTO

Dünyanın ən zənginlərinin yeni reytinqi - Ələkbərov siyahıda - FOTO
14:22 20 İyul 2019
Ölkə mətbuatı
A- A+

"Bloomberg" nəşri dünyanın ən zəngin 500 milyarderinin yeni reytinqini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər  verir ki, ABŞ-ın "Amazon" şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı seçilib. İyulun 20-nə olan məlumata görə, onun sərvəti 122 milyard dollar təşkil edir.

İkinci yerdə 106 milyard dollar sərvətlə fransız iş adamı, "Louis Vuitton Moët Hennessy" şirkətinin prezidenti Bernar Arno qərarlaşıb. O, bu il 37,7 milyard dollar gəlir əldə edib.

Üçüncü yeri 106 milyard dollar gəlirlə "Microsoft" şirkətinin rəhbəri Bill Qeyts  tutub. Biznesmen il ərzində 15,8 milyard dollar qazanıb.

Dünyanın ən zəngin 4-cü adamı isə "Berkshire Hathaway" şirkətinin rəhbəri, amerikalı sahibkar Uorren Baffetdir. 88 yaşlı iş adamı 81,3 milyard dollar sərvətə sahibdir.

Beşinci yerdə isə "Facebook"un yaradıcısı Mark Tsukerberq (77,4 milyard dollar) olub.

Azərbaycanlı iş adamı, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov 17,7 milyard dollarla 61-ci yerdə qərarlaşıb. O, bu il 1,66 milyard dollar gəlir əldə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/772351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR