Bu yağlar mədə-bağırsaq, qan-damar sistemini pozur, xərçəngə səbəb olur

Bu yağlar mədə-bağırsaq, qan-damar sistemini pozur, xərçəngə səbəb olur
19:22 20 İyul 2019
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Trans yağlar müxtəlif qida maddələrinin işlənməsi nəticəsində əmələ gələn yağlardır ki, bunların orqanizmə çoxlu zərərləri var".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-qastroenteroloq Anar Salayev deyib. O bildirib ki, son vaxtlar daha da çoxalan xərçəng və mədə-bağırsaq xəstəlikləri elə bu yağlarla bağlıdır:

"Xüsusən də bitki mənşəli olan palma yağı məlumdur ki, 40 dərəcədə əriyir, ancaq orqanizmin temperaturu 38 dərəcədən yuxarı deyil. Buna görə də bu yağ ərimir və yığılaraq orqanizmin maddələr mübadiləsini kökündən pozur. Bu cür yağlardan günlərlə, aylarla istifadə etməyin nəticəsində mədə-bağırsaq və qan-damar sistemləri pozulur. Bir neçə ildən sonra isə xərçəng xəstəliyinin əmələ gəlməsində mühüm rol oynayır".

Həkim qeyd edib ki, bununla bağlı konkret tədqiqatlar hələ aparılmasa da, müxtəlif versiyalar mövcuddur: "Bədxassəli şişlərin artması daha çox qida məhsullarının keyfiyyəti ilə əlaqədardır. Bu yağlardan isə daha çox dondurmalar, ağartı məhsullarında istifadə edilir. Bundan başqa, dünyada artıq qəbul olunub ki, məhsulda hansı yağ varsa, bu mütləq yazılmalıdır. Hamı da bunun sayəsində etiketi oxuyur və bilir. Amma bizdə bu qanun olsa da, buna əməl edilmir. Düşünürəm ki, buna əməl edilsə, bu sahədə problemlər aradan qalxar və insanlar öz qeydlərinə qalarlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/770812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR