Bakı-2019: Avropadan festivala gələnlər Atletlər kəndində

Bakı-2019: Avropadan festivala gələnlər Atletlər kəndində
21:07 20 İyul 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək ölkələrin nümayəndələri Atletlər kəndində gəliblər.
"Report" xəbər verir ki, iştirakçı 48 ölkənin nümayəndə heyətləri bununla bağlı şənlik təşkil ediblər.
Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Atletlər kəndində iştirakçı 48 ölkədən 3900 idmançı və texniki nümayəndə heyəti məskunlaşacaq. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. 
Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/baki-2019-avropadan-festivala-gelenler-atletler-kendinde

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR