Ayaq barmaqları zədələnəndə diqqətli olun, QANQREN yarana bilər!

Ayaq barmaqları zədələnəndə diqqətli olun, QANQREN yarana bilər!
21:47 20 İyul 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ayaq barmaqları zədələrə tez-tez məruz qalır. Bir çoxlarımızın yüngül saydığımız, əhəmiyyət vermədiyimiz zədələr sonradan ciddi problemlərə də səbəb olur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, belə ciddi problemlərdən biri də qanqrendir. Çox təhlükəli hal olan qanqren əslində kiçik bir travma nəticəsində də meydana gələ bilər. Ortoped-travmatoloq Sənan Aşirov bildirib ki, ayaq barmaqlarımız divara dəyərək zədələnəndə belə, qanqren yarana bilər. Dəridə mövcud olan infeksiyanın da qanqrenə səbəb olması mümkündür. Yaralanma, ya da infeksiyanın gedərək artması barmaqların canlılığını itirməsinə, qanqrenə səbəb olur. Bu prosesin meydana gəlməsinə ayaqda, ayaq barmaqlarında toxumaların qidalanmasını pozan damar kirəclənməsi də səbəb ola bilər.

Qanqren damar xəstəlikləri nəticəsində də meydana çıxır. Şəkər xəstəliyi olan insanlarda, dizdən aşağı damarlarda kirəclənmə daha çox inkişaf edir. Bəzən şəkər xəstəliyi olmayan insanlarda da dizdən aşağı damarlar aterosklerozla bağlı kirəclənir. Buerger xəstələrində də eyni damarlar tez-tez tutulur və ayaqlarda qanqren olur.

Qanqrenin əlamətləri hansılardır?

Həkim bildirib ki, ayaqlarda və ayaq barmaqlarında yaranan ağrısız yaralar, göyərmə, şişkinlik, qızartı, yaradan pis qoxulu axıntı qanqrendən şübhələnməyə əsas sayıla bilər.

Şəkər xəstələrində qanqren ağrısız olur, lakin damar kirəclənməsi olan digər xəstələrdə qanqren zamanı şiddətli ağrı yaranır.

Ayağında qanqren yaranan xəstəyə diaqnoz necə qoyulur?

S. Aşirov bildirib ki, həkim yara ilə birlikdə damarları da müayinə etməlidir. Daha sonra rəngli dopler, ultrasəs müayinəsi edilməlidir. Bundan sonrakı mərhələdə "ayaq biləyi qol təzyiq indeksi" (ABI) qiymətləndirilir. Şəkər xəstələrində Rentgen müayinəsi ilə ayaq barmaqlarının damarlarına qədər bütün damarlara baxılmalıdır.

Qanqren necə müalicə olunur?

Mütəxəssisin sözlərinə görə, qanqren birbaşa ölü toxuma mənasına gəldiyi üçün müalicəsi çətin olan xəstəlikdir. Bu səbəblə qanqren olan toxuma və barmaqlar kəsilir. Barmaqlar ya da qanqren olan hissə kəsilsə belə, bu təkrarən qanqren yaratmayacağı demək deyil. Çünki qanqren getdikcə artan xəstəlikdir. Bu səbəbdən əvvəl kirəcli damarların açılması, sonra isə qanqrenli barmaqların kəsilməyi lazımdır. Müalicə və cəhdlər xəstənin ayağındakı yaranın infeksiya vəziyyətinə görə planlanır. Əgər ciddi iltihab varsa, əvvəl iltihablı toxumaların təmizlənməsi, iltihablı və qanqren olan toxumalar varsa, bu toxumaların aradan qaldırılması ilk prosesdir...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/770804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR