Ana südünü necə artırmaq olar?

Ana südünü necə artırmaq olar?
22:47 20 İyul 2019
Ölkə mətbuatı
A- A+

"Ana südünü artırmağın ilk yolu istəkdən keçir. Yəni psixoloji olaraq ana buna hazır olmalı və övladına süd verməyi istəməlidir. Bundan əlavə kənardan da psixoloji dəstək verilməlidir".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Mütəxəssis bildirib ki, ana stress keçirməməli, sıxıntılara düşməməli və daim sevgi dolu mühitdə olmalıdır. Əgər bunlar olmasa, süd qısa müddət ərzində azalacaq, hətta kəsiləcək. İkinci önəmli faktor isə körpənin tez-tez əmizdirilməsidir. Bu zaman bütün sistem süd verməyə fokuslanır və bu da südü artırır. Üçüncü əhəmiyyətli səbəb isə bol miqdarda mayenin qəbuludur. Çox yeməyə ehtiyac yoxdur. Bəzən analar həddindən artıq çox yemək yeyirlər, amma südü ən çox artıran sudur, mayedir. Gündəlik 3 litr və mümkün olsa daha artıq maye qəbul olunmalıdır. Yeməyi də orta miqdarda yesinlər, çox yox, qaydasında və sağlam qidalansınlar. Bunlardan əlavə süd artırıcı çaylar, bitkilər və dərmanlar da var, amma bunları çox da tövsiyə etmirik. Bəlkə də faydası olmuş ola bilər, amma isbatlanmış, elm tərəfindən faydası qəbul olunmuş şeylər deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/770805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR