Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan mərasim keçirilib

21:32 10 May 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 10 May 2015 21:28 ]


Bakı-APA. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

 

APA-nın president.az saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

 

Dövlət başçısı mərasimdə nitq söyləyib.  Daha sonra isə prezident “Heydər Əliyev” mükafatını xalq rəssamı Tahir Salahova təqdim edib.

 

Sonra ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

 

Daha sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mükafatı qaliblərə- tanınmış incəsənət eksperti Erve Mikaelofa və xalq artisti Ağaxan Abdullayevə təqdim edib.

 

Təntənəli mərasim bədii hissə ilə davam edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR