x
Loading...

Şəmkirdə yol qəzası: 2 yaralı var

Şəmkirdə yol qəzası: 2 yaralı var
21:04 10 May 2015
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda yol qəzası baş verib,  iki nəfər xəsarət alıb.

 

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Təzəkənd kəndində "VAZ" markalı minik maşını idarəetməni itirərək, təxminən 15 metr dərəyə  aşıb.

 

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər sürücünü və sərnişini avtomobildən kənarda, yaralı halda dərədə tapıblar. Hər iki şəxs xilasedicilər tərəfindən dərədən çıxarılıb və təhvil verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Keçili kənd sakini, 1972-ci il təvəllüdlü Faiq Hidayət oğlu Alıyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.

 

Qəza nəticəsində sürücü və sərnişini, 1967-ci il təvəllüdlü Akif Rüstəm oğlu Rzayev xəsarət alaraq Şəmkir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR