"Sumqayıt"ın Türkiyədə ilk sınağı

"Sumqayıt"ın Türkiyədə ilk sınağı
19:57 21 İyul 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşacaq. Ploieşti təmsilçisi ilə görüş Qızılcahamam mərkəzi stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə ümumlikdə 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda "Petrolul"la yanaşı, iyulun 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor" ilə qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/772579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR