Gənc cüdoçularımız Avropa kubokunda 4 medal qazandılar - FOTO

Gənc cüdoçularımız Avropa kubokunda 4 medal qazandılar - FOTO
23:53 21 İyul 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Çex Respublikasının paytaxtı Praqada Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığmasının da qatıldığı Avropa kuboku yarışı keçirilib.

Publika.az xəbər verir ki, cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar. Təmsilçilərimiz Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçularımız Rəşad Yelkiyev (60 kq) və Davud Abbaslı (66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/285284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR