Harri Keynin mərkəzdən vurduğu qol "Tottenhem"ə qələbə qazandırıb

Harri Keynin mərkəzdən vurduğu qol "Tottenhem"ə qələbə qazandırıb
02:12 22 İyul 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Sinqapurun "Milli stadionu"nda Beynəlxalq Çempionlar Kuboku çərçivəsində "Yuventus" - "Tottenhem Hotspur" komandaları qarşılaşıb.
“Report” xəbər verir ki, qarşılaşma London komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı ingilislər açıb: 30-cu dəqiqədə Erik Lamela fərqlənib. İkinci hissənin əvvəlində "Yuventus"un hücumçusu Qonsalo İquain, 4 dəqiqə sonra isə forvard Kriştianu Ronaldu fərqlənərək italiyalıları hesabda önə çıxarıb. 65-ci dəqiqədə hesab yenidən bərabərləşib: Lukas Moura adını tabloya yazdırıb. London komandasına qələbə qazandıran qolu oyuna əlavə olunmuş dəqiqələrdə Harri Keynin mərkəzdən vurduğu qol gətirib.
İyulun 24-də keçiriləcək növbəti matçda "Yuventus" Milan "İnter"i, "Tottenhem" isə iyulun 25-i "Mançester Yunayted"lə qarşılaşacaq.
Beynəlxalq Çempionlar Kuboku
"Yuventus" - "Tottenhem Hotspur" - 2:3
Qollar: 0:1 – Lamela – 30, 1:1 – İquain – 56, 2:1 – Ronaldu – 60, 2:2 – Lukas Moura – 65, 2:3 – Keyn – 90+3



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/harri-keynin-merkezden-vurdugu-qol-tottenhem-e-qelebe-qazandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR