Eddi Mörfi stendap-komediya janrına qayıtmağa hazır olduğunu bildirib

Eddi Mörfi stendap-komediya janrına qayıtmağa hazır olduğunu bildirib
06:32 22 İyul 2019
Ölkə mətbuatı
A- A+

Amerika aktyoru və komiki Eddi Mörfi stendap-komediya janrında çıxışlara qayıtmağa hazır olduğunu bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mörfi öz niyyətini "Netflix" striminq servisində yayımlanan "Comedians in Cars Getting Coffee" ("Komiklər qəhvə axtarışında sükan arxasında") verilişi çərçivəsində yumorist Cerri Saynfeldə müsahibəsində açıqlayıb.

E.Mörfi vurğulayıb ki, dəfələrlə solo yumoristik çıxışlara qayıtmaq barədə düşünüb. 58 yaşlı aktyor aparıcının müvafiq sualına cavabında deyib: "Mən yenidən bununla məşğul olacağam. İstəyirəm ki, bütün işlər yağ kimi getsin. Bunun üçün özümü toplamaq və hazırlaşmağa başlamaq lazımdır".

TMZ portalı iyulun 19-da mənbəyə istinadla yazıb ki, Mörfi "Netflix" üçün bir neçə eksklüziv tamdəyərli stendap-çıxış yazmaq üçün bu servislə danışıqlar aparır. Portalın məlumatına görə, "Netflix" ilə müqavilə imzalayacağı təqdirdə artistin qonorarı 70 milyon dollara çata bilər.

E.Mörfi 1961-ci il aprelin 3-də Nyu-Yorkda anadan olub. Afroamerikalı uşaqlıqdan artistlik istedadı nümayiş etdirib. Yeniyetmə yaşlarında gənc yumoristlərin çıxış etdikləri müxtəlif klublarda çalışıb. 1980-ci ildə o, ABŞ-da populyar olan şoulardan birinə - "Şənbə axşamı birbaşa efirdə" teleşousuna dəvət edilib və çox məşhurlaşıb.

Mörfi 1982-ci ildə Nik Nolti ilə "48 saat" komediya janrında döyüş filmində çəkilərək kinoda debüt edib. "Beverli-hillzli polis" (1984) komediyası aktyora dünya şöhrəti gətirib. Mörfinin "Amerikaya səfər" (1988), "Gicbəsər professor" (1996), "Doktor Dulittl" (1998), "Qiyamət oğlan" (1999) komediyalarında yaratdığı obrazlar aktyorun ən yaşlı rolları sayılır.

Eddi Mörfi kinoda, xüsusən, komediyalarda təqribən 50 rol oynayıb. O, özünü oynadığı teleserial və seriallarda da çəkilib, populyar cizgi filmlərinin personajlarını səsləndirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/772602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR