"Airbnb" xidməti ötən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar gəlir gətirib

"Airbnb" xidməti ötən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar gəlir gətirib
07:12 22 İyul 2019
Ölkə mətbuatı
A- A+

"Airbnb" - dünya üzrə özəl daşınmaz əmlakın qısa zaman üçün kirayəsi üzrə yaradılan onlayn xidmət keçən il Yunanıstan iqtisadiyyatına 1,4 milyard dollar ABŞ dolları gəlir gətirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin statistikasında evlərin qısa zaman üçün kirayəsi ölkənin turizm sahəsinin güclənməsində çox mühüm rol oynadığı deyilir. Belə ki, evlərdən başqa ölkədə restoranlar, kafelər və digər əyləncə yerlərindən istifadə olunur və təbliğ edilir.

Xidmətin apardığı araşdırmaya görə, səyahətçilərin 42 faiz xərcləri məhz kirayə götürdüyü evlərin ətraf rayonlarına düşür. Eyni zamanda, qeyd olunur ki, "Airbnb" platforması səyahətin 4 və daha artıq gün üçün uzatmaq imkanı yaradır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/772604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR