Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar
08:27 22 İyul 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

Çex Respublikasının paytaxtı Praqada Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığmasının da qatıldığı Avropa kuboku yarışı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazanıblar.

Təmsilçilərimiz Rövşən Əliyev (60 kq) və İmran Yusifov (+100 kq) bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olublar. Digər cüdoçularımız Rəşad Yelkiyev (60 kq) və Davud Abbaslı (66 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/772614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR