Cəlilabadda 21 yaşlı gənc suda boğulub

Cəlilabadda 21 yaşlı gənc suda boğulub
09:22 22 İyul 2019
133 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayon sakini suda boğulub. 
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində yerləşən süni göldə baş verib. 
Belə ki, Babaxanlı kənd sakini 1998-ci il təvəllüdlü Əliyev Loğman Əbdülhüseyn oğlu göldə boğulub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb. 
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-21-yasli-genc-suda-bogulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR