Rezidenturaya ixtisas seçimi başa çatıb

Rezidenturaya ixtisas seçimi başa çatıb
09:32 22 İyul 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb. 
"Report" xəbər verir ki, seçim iyulun 16-dan 22-dək davam edib.
Müsabiqə şərtini ödəyən namizədlər elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunan "Rezidenturaya qəbul aparılan ixtisaslar" bölümündən (səh. 5-7) seçib təsdiq ediblər. 
Xatırladaq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri  dərc edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/rezidenturaya-ixtisas-secimi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR