Qaçırılan türklərlə bağlı Nigeriya polisi açıqlama yaydı

"Türk vətəndaşları xilas etmək üçün meşəlik ərazidə əməliyyat başlanılıb".

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bunu Nigeriya əyalət polisi Ajayi Okasanmi açıqlamasında deyib. O bildirib ki, ərazidə telefonla rabitə mümkün olmadığı üçün yalnız əməliyyat bitdikdən sonra məlumat verə biləcəklər.

Qeyd edək ki, iyulun 19-da Nigeriyanın Kvara əyalətində kimliyi bilinməyən şəxslər tərəfindən 4 türk vətəndaşı qaçırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR