Aprel döyüşlərində oğluna “sən arxada niyə gizlənirsən?” deyən ata danışdı - VİDEO

"Camaat qabaqda döyüşür, sən arxada niyə gizlənirsən?".

Metbuat.az bildirir ki, qəhrəman zabitimiz Mirdamət Bağıyevin Aprel döyüşlərinin qızğın getdiyi saatlarda atası ilə bu dialoqu son günlərin ən maraqlı mövzusuna çevrilib.

Sosial şəbəkələrdə 2016-cı ilin Aprel döyüşlərində atası ilə dialoqu ilə məşhurlaşan mayor Mirdamət Bağıyev və atası Sərisstan Bağıyev hadisənin təfərrüatını "Xəzər Xəbər"ə danışıblar.

Telekanalın əməkdaşı zabitin Şamaxı rayonunda yaşayan ailəsini ziyarət edib və hadisənin maraqlı məqamlarını ortaya çıxarıblar.

Mirdamət Bağıyev bildirir ki, atasının cavabından sonra danışmağa heç bir söz tapa bilməyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti Mirdamət Bağıyev Aprel döyüşlərində qarşı tərəfə ən böyük tələfat verən zabitlərdən olub və qısa zamanda düşmənin 12 texnikasını sıradan çıxarıb.

Göstərdiyi qəhrəmanlığa görə Mirdamət Bağıyev "İgidliyə görə" medalı ilə təltif edilib və rütbəsi kapitandan mayora yüksəldilib.


(xezer tv)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR