FAO Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək

FAO Azərbaycanda fındıqçılığın inkişafına dəstək verəcək
10:12 22 İyul 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda fındıqçılıqla bağlı layihə həyata keçirə bilər.
Bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Kaan Evren Başaran bildirib.
Onun sözlərinə görə, layihənin icrasına bu ilin sentyabr ayında başlanılması gözlənilir. 
“Layihənin dəyəri 1,3 milyon  ABŞ dollarıdır. Bu vəsaiti FAO-nun Azərbaycan hökuməti ilə birgə yaratdığı Tərəfdaşlıq Fondu ayıracaq. FAO fermerlərə fındıqçılıqda pestisidlərə alternativ olaraq təbii yolla mübarizə üsullarından istifadə etməyi təklif edir”, - deyə o, qeyd edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/ask/fao-azerbaycanda-findiqciligin-inkisafina-destek-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR