Astarada qadın polisi aldatdı

Astarada qadın polisi aldatdı
10:17 22 İyul 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara şəhərində qadın telefonunun əlindən alınması barədə polisə yalan məlumat verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini K.Q Rayon Polis Şöbəsinə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən "Samsung" markalı mobil telefonunu alaraq qaçdığını bildirib. Müəyyən edilib ki, K.Q-nın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün künüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.

Bununla da K.Q şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı "Samsung" markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/772634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR