Aloe veranın inanılmaz faydaları

Aloe vera vitamin və minerallar baxımından olduqca zəngin bir bitkidir. Tərkibində A, B1, B2, B3, B6, C, E vitaminləri var. Bundan başqa B12 vitamini baxımından da yaxşı bir qaynaqdır.

Metbuat.az xəbər verir ki, aloe vera folik asit, kalsium, maqnezium, çinko, selenium, dəmir, krom, sodium, potasium mineralları ilə zəngin bir bitkidir.

Bu şəfalı bitkinin dəri üzərində yaxşılaşdırıcı, yumuşaldıcı, nəmləndirici və yaşlanmanın qarşısını alan təsiri var. Çox yaxşı bir təmizləyici olduğu üçün ölü hüceyrələri qaldırır və dərinin kiçik dəliklərini təmizləyir. Digər tərəfdən də tərkibindəki vitamin və minerallarla dərini qidalandırır və hüceyrə quruluşunu artırır.

Xolestrolu tənzimləyici təsiri də aloe veranın faydaları sırasındadır. Bundan başqa immunitet sistemini və bədənin qoruma mexanizmasını gücləndirir. Astma xəstəliyinə də olduqca faydalıdır.

Aloe vera həzm sistemini də rahatladan bir bitkidir. Qəbzlik müalicəsində də istifadə olunur. Qan təzyiqini tənzimləyir, ürək xəstəlikləri riskini azaldır.

Saç tökülməsinə qarşı sirkə qarışdırılaraq saç dibləri ovulur. Saçlarda kəpək yaranmasını azaltması da aloe veranın faydaları sırasındadır.

İstifadə edildikdə mədə ağrıları və ishal yaranarsa dozunu aşağı salmaq və ya istifadəyə ara vermək lazımdır. Hamilələr və yeni ana olmuş qadınlara istifadəsi zərərlidir.

İstifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyyə olunur.

https://metbuat.az/news/1226766/eskobarin-oglu-meni.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR